Ölkə futbolu

“Kəpəz”də iki ciddi itki

Premyer Liqasının XVI turunda “Zirə” ilə keçirəcəyi oyuna hazırlığı Bakıda davam etdirən “Kəpəz” tam heyətlə məşq edə bilmir.

İdmanxeber.com-un məlumatına görə,  komandanın iki futbolçusu çalışmalardan kənarda qalıb. Kapitan Tural Axundov və Azad Kərimov zədəli olduqları üçün hazırlıq prosesində iştirak edə bilmirlər. Ötən həftə xəstə olduğu üçün “İnter”lə görüşü buraxan Şəhriyar Əliyev isə sağalaraq, sıraya dönüb.

Qeyd edək ki, fevralın 4-də keçiriləcək “Kəpəz” – “Zirə” matçı saat 14:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43