Dünya futbolu

Latviya klubu azərbaycanlı futbolçuları sifariş etdi

Latviyanın “Dauqavpils” klubu yeni mövsüm üçün iştirak ərizəsini müəyyənləşdirib.

Elita təmsilçisinin heyətində üç azərbaycanlı futbolçu yer alıb. “Dauqavpils” müdafiəçi Elvin Sərkərov, yarımmüdafiəçi Tural Bayramlı və hücumçu Vüqar Əsgərovu sifariş edib. Elvin 5, Tural 39, Vüqar isə 9 nömrəli formanı seçib.

Latviya çempionatı martın 9-da start götürəcək. “Dauqavpils” ilk turda “Metta”nı qəbul edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43