Kateqoriyasız

Mahir Şükürov benzin məsələsinə qayıtdı: “Bu yuxarıda oturanların öz işidir”

“Neftçi”nin kapitanı Mahir Şükürov “Qarabağ”la oyundan sonra idmanxeber.com-a danışıb.

Şükürov ilk öncə oyun haqda bunları deyib:

“Çətin oyun keçdi. Bizim də imkanlarımız oldui. Ancaq bu gün “Qarabağ” daha yaxşı oynadı və qələbə qazandı. Hakimlik haqda heç nə deməyəcəm. Hər kəs gördü”.

“Ağ-qaralar”ın üzvü benzin artımı ilə bağlı yayılan açıqlamanın ona aid olmadığını deyib: “Mən elə bir açıqlama verməmişəm. Bu yuxarıda oturanların öz işidir. Bunun bizə aidiyyatı yoxdur. Mətbuatda haqqımda yayılan fikirlərin hamısı səhvdir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43