Kateqoriyasız

Mahir Şükürov: “Hacıyev “Skenderbeu”yla oyundan sonra istefa verməməliydi” – MÜSAHİBƏ

“Neftçi” “Partizani”ylə oyunda iki heyətlə oynadı. Baş məşqçi Böyükağa Hacıyev hər hissədə meydana yeni heyət buraxdı. İlk yarıdan sonra isə birinci hissədə meydanda olan müdafiəçi Mahir Şükürovdan müsahibə aldıq:

– Burada ilk oyunumuz idi, buna baxmayaraq, komanda normal təsir bağışladı. Qarşıda bizi “Fənərbaxça” ilə daha çətin oyun gözləyir. Deyə bilmərəm ki, ona kimi tam hazır olacağıq, amma bunun üçün çalışacağıq. Çalışacağıq gücümüzü gözləyək.

– Əsas rəqibləriniz olan “Qarabağ” və “Qəbələ”ylə mübarizə necə gedəcək?

– Ötən mövsüm liderdən 7 xal geridə idik, amma gəlib çempion olduq. Böyükağa Hacıyev Azərbaycan futbolun çox gözəl bilir. Biz sevinirik ki, yenidən baş məşqçi postuna qayıtdı. Bütün kollektiv onu istəyirdi. Ötən mövsümə baxanda, indi daha çətin olacaq. Onlar transferlərə böyük pullar ayırır. Bizim rəhbərliyimiz isə daha doğru addım ataraq gənclərə üstünlük verir. Bu amil gələcəkdə komandaya daha böyük xeyir verəcək. Həm də çempion komandanın heyəti qorunub saxlanılıb.

– Nazim Süleymanovun rəhbərliyindəki “Neftçi”ylə bu komana arasında hansı fərqlər var?

– Hər bir məşqçinin öz taktikası var. Nazim müəllimin taktikası isə “Neftçi”yə yaramadı.

– Nə idi taktikası?

– Bunu açıqlamaq vaxt aparar. Sadəcə qısa deyim ki, alınmadı, işə yaramadı. Onu da deyim ki, Böyükağa Hacıyev “Skenderbeu”yla oyundan sonra istefa verməməliydi. Onunun bu qərarı yanlış idi. Komanda bir məşqçiyə öyrənir, sonra məşqçi gedəndə komanda pis vəziyyətdə qalır.

– Hacıyevin gəlişi ab-havaya necə təsir edib?

– Əlbəttə ki, əla. Böyükağa müəllimin gəlişi komandada düşüşün qarşısını aldı. İndi hamının əhvalı yerindədir. Çünki Hacıyev ab-havanı düzəldib.

stadium.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43