Kateqoriyasız

Maltanın baş məşqçisi: “Azarkeşlərdə həyəcan var, bunu başa düşə bilmirəm”

“Buraya böyük ümidlərlə gəlmişik. Nəticə qazanacağımıza inanırıq. Gürcüstanla oyun keçirdik və uduzduq. Bu, bizim üçün ağır məğlubiyyət oldu. Problemimiz yalnız oyunçularla bağlıdır”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Malta yığmasının baş məşçqçisi Pietro Gedin deyib.

Gede daha sonra bunları dedi:

“Hər bir komanda qələbə qazanmaq istəyir. Mübarizə aparacağıq. Məqsədimiz qalib gəlməkdir. Azərbaycan güclü komandadır. Azarkeşlərdə həyəcan var. Amma bunu başa düşə bilmirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43