Dünyadan

“Mançester Yunayted”in futbolçusu rəsmən “Lion”da

“Mançester Yunayted”in holland futbolçusu Memfis Depay karyerasını “Lion”da davam etdirəcək.

İdmanxeber.com-unməlumatına görə, Fransa klubu22 yaşlı hücumçu  ilə müqavilə imzalayıb.Gənc forvard yeni komandasında 9 nömrəli formanı geyəcək. Məlumata görə, transfer üçün “Lion” İngiltərə klubuna 16.5 avro və 8 milyon avro dəyərində bonus ödəyəcək.

Xatırladaq ki, “Mançester Yunayted” futbolçunu 2015-ci ildə Hollandiyanın PSV klubundan 34 milyon avroya transfer etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43