Dünyadan

Maradona FİFA-da işləyəcək

Əfsanəvi futbolçu Dieqo Armando Maradona FİFA-da işləyəcək.

İdmanxeber.com-un məlumatına görə, sosial media hesabında FİFA-nın prezidenti Canni İnfantino ilə şəkilini paylaşan əfsanəvi futbolçu ali qurumda çalışacağı üçün həyacanlı olduğunu bildirib:

“Axır ki, yuxularımı reallaşdıra bilərəm. Futbolu həqiqətən çox sevən insanlarla birlikdə təmiz və şəffaf futbol üçün çalışacağam. Məni dəstəkləyən hər bir insana təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Argentina millisi ilə 1986-cı ilin Dünya çempionluğunu qazanan əfsanəvi futbolçu 1984-1991-ci illərdə “Napoli”də çıxış edib və karyerasının ən yaxşı naliyyətlərini əldə edib. Klub karyerası ərzində 588 oyun keçirən futbolçu 312 dəfə fərqlənməyi bacarıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43