Marselo “Real”dan ayrılmaq istəmədiyini bildirib.
İdmanxeber.az-ın məlumatına görə, “Real”ın brazilyalı ulduz oyunçusu Marselo özü haqqında çıxan xəbərlərə münasibət bildirib. O, haqqında çıxan xəbərlərin uydurma olduğunu söyləyib:
“Davamlı olaraq “Real”dan getmək istədiyim yazılır. Ancaq dəfələrlə demişəm ki, bu, yalandır. Mən burada xoşbəxtəm. Dünyanın ən böyük klubundan niyə ayrılmaq istəyimki ? 30 yaşım olsa da, özümü 18 yaşlı gənc futbolçu kimi hiss edirəm. Futbolçu karyeramı burada nöqtələmək istəyirəm”.