Dünya futbolu

Messidən yeni rekord

“Barselona”nın hücumçusu Lionel Messi yeni rekord müəyyənləşdirib.

İdmanxeber.com-un məlumatına görə, argentinalı futbolçu Kataloniya klubunda cərimə zərbəsindən vurduğu qolların sayını 27-ə çatdırıb.

Son dəfə o, belə qolu “Atletik”lə La Liqa oyununda (3:0) vurub. Bununla da o, bu göstəricidə “Barselona” tarixində 26 qolla lider olan əfsanəvi Ronald Kumanı geridə qoyub.

Messi 2017-ci ildə isə rəsmi oyunlarda cərimə zərbələrindən vurduğu qolların sayını 4-ə çatdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43