Dünya futbolu

“Messinin təhqir edilməsini başa düşmürəm” – Ronaldinyo

“Barselona”nın sabiq yarımmüdafiəçisi Ronaldinyo PSJ-nin hücumçusu Lionel Messinin fransalı azarkeşlər tərəfindən fitə basılması ilə bağlı fikirlərini bölüşüb.

İdmanxeber.az-ın məlumatına görə, braziliyalı tərəfdarların bu davranışlarının yanlış olduğunu açıqlayıb:

“Leo Messinin fitə basılması və təhqir edilməsini başa düşmürəm. Dünyanın ən yaxşı oyunçusunu alqışlamayıb, nə edəcəksiniz? 

35 yaşlı argentinalı Fransa çempionatının 33-cü turu çərçivəsində səfərdə “Loryen”ə uduzduqdan (1:3) sonra Səudiyyə Ərəbistanına yollanıb. 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43