Dünyadan

Messiyə Neymar şoku – VİDEO

DÇ – 2018 seçmə mərhəsi çərçivəsində Braziliya Argentinanı 3-0 məğlub edib.

İdmanxeber.com-un məlumatına görə, qarşılaşmaya sürətli başlayan Braziliya 25-ci dəqiqədə Koutinyonun qolu ilə hesabda önə keçib.

İlk hissənin son dəqiqəsində isə "Barselona"lı ulduz Neymar səhnəyə çıxıb və tablodakı rəqəmləri dəyişdirib: 2-0.

İkinci hissədə Argentinanın heyətində Serxio Agüeronun oyuna girməsinə rəğmən səfər komandasının oyununda ciddi dəyişiklik baş verməyib. Ev sahibi Braziliya isə 58-ci dəqiqədə Paulinhonun vurduğu qolla ümumi nəticəni müəyyənləşdirib.

Bu nəticə ilə birlikdə Braziliya xalını 24-ə yüksəltməyi bacarsa da, Argentina 16 xalda qalaraq 6-cı pilləyə yuvarlanıb.

Qeyd edək ki, seçmə mərhələnin 12-ci matçlarında Braziliya Peru səfərinə yollanacaq, Argentina isə doğma divarlar arasında Kolumbiyanı sınağa çəkəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43