Premyer Liqa

“Meydanda topa-topa ot var, necə oynayaq?”

Azərbaycan I Divizionunda çıxış edən “Mil Muğan”ın üzvü Elnur Məmmədovun İdmanxeber.com-akiçik müsahibəsi.

– Oyunun ən yaxşılarındna idin. Ancaq istəyinə nail ola bilmirdin. Səbəb nə idi?

– Səbəb, meydança… Bu meydanda istədiyini edə bilmirsən. Meydanda topa-topa otlar var idi. Buna görə də, istədiyimizi edə bilmirdik

– Ancaq bu meydanda həm də “Zaqatala” oynayırdı. Siz onlara nisbətdə bu meydana öyrəşmisiz.

– Düzdü, bu gün “Zaqatala” daha güclü idi, ona görə də, qələbə qazandı.

– Komandanın qeyri-stabil çıxışı nə ilə bağlıdı?

– 3 oyun udduq, 3 oyun uduzduq. Hər şey özümüzdən asılıdı. Boşalmışıq. Əvvəlki kimi oynaya bilmirik. Özümüzdən çox razı vəziyyətdəyik. Elə bilirik bizdən başqa futbolçu yoxdu.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43