İdman

Millimiz Türkiyəyə qalib gəldi

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Estoniyanın Parnu şəhərində təşkil olunmuş Avro Liqanın Super Final mərhələsində Türkiyə yığması ilə qarşılaşıb.

İdmanxeber.com-un məlumatına görə, görüş komandamızın 7:6 hesablı qələbəsi ilə başa çatıb.

Sabir Allahquliyevin dubl etdiyi oyunda hərəyə 1 dəfə Ramil Əliyev, Amid Nəzərov, Orxan Məmmədov, Comərd Baxşəliyev və Asif Zeynalov fərqlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43