Ölkə futbolu

Millimizin məşqçisi “Bavariya”da – FOTOLAR

Müxtəlif yaş qruplarından ibarət yığma Azərbaycan komandalarında çalışan bir qrup məşqçi Almaniyada səfərdə olub. 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov, U-19 qızlar yığmasının baş məşqçisi Patrisiya Qonzales, bu komandanın fiziki hazırlıq üzrə məşqçisi Rikardo Da Silva və yığma komandaların qapıçı məşqçiləri üzrə koordinatoru Viktor Miqel Fernandes səfər çərçivəsində “Bavariya” (Münxen) klubunun bazası ilə tanış olub, komandanın baş məşqçisi Xosep Qvardiola ilə görüşüb, məşq prosesini izləyib, fikir nübadiləsi aparıblar.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43