İdman

Millimizin sabiq baş məşqçisi AFFA-dan üzr istəyib

Azərbaycan futzal yığmasının sabiq baş məşqçisi Joze Alesio AFFA-dan üzr istəyib.

İdmanxeber.com-un məlumatına, bu haqda AFFA İcraiyyə Komitəsinin üzvü, Futzal Federasiyasının prezidenti Zaur Axundov jurnalistlərə açıqlamasında bildirib.

O, Azərbaycandan qalmaqalla ayrılan braziliyalı mütəxəssis səhvini başa düşdüyü söyləyib:

“Bizə məktublar yazdı, üzr istədi, Serbiyada gördüşdük, danışdıq. Hər şey ola bilər. Baş məşqçi kim olursa-olsun nəticə lazımdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43