Kateqoriyasız

Millimizin üzvü oynamadı, komandası heç-heçə etdi

Almaniyanın II Bundesliqasında yeni mövsümə start verilib.

İdmanxeber.com-un məlumatına görə, 21 yaşlılardna ibarət millimizin üzvü Tuğrul Eratın çıхış etdiyi “Fortuna” ilk oyununu səfərdə “Union Berlin”ə qarşı keçirib.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Tuğrul Eratın adı matçın “18-liy”inə salınmayıb. Onun kənarda qalmasının səbəbi bilinmir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43