Dünya futbolu

Mourinyodan gözlənilməz açıqlama

“Çelsi”nin təcrübəli çalışdırıcısı Joze Mourinyo komandanın qış transfer planları barədə danışıb.

Portuqaliyalı mütəxəssis qış “transfer pəncərəsi”ndə heç bir futbolçu transfer etməyəcəklərini bildirib:

“Hazırda hər hansı bir oyunçunun transferi üçün danışıqlar aparmırıq.  Yanvar ayında heç bir transfer etməyəcəyik, kimsə də komandadan göndərilməyəcək. Hücum xəttində yolumuza Samuel Eto, Demba Ba və Fernando Torreslə davam edəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43