Kateqoriyasız

Mustafa Dənizli “Neftçi”nin kapitanına göz dikdi

“Neftçi”dən qovulan Rəşad Sadiqovun xidmətində daha bir klub maraqlıdı.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, intizamsızlığının qurbanı olan Sadiqov “Xəzər Lənkəran”ın maraq dairəsindədi. Mustafa Dənizli Rəşadın transferə çıxarılacağı halda onn komandaya cəlb etmək fikrindədi. 

Sonda xatırladaq ki, sizə ilk dəfə olaraq biz Rəşadın “Qəbələ”ylə danışıqlar apardığını və bu kluba transfer oluna biləcəyi haqda məlumat vermişdik. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43