Ölkə futbolu

“Neftçi” yeni transferini sifariş verdi

“Neftçi” yeni transferi Canluka Sansoneni Peşəkar Futbol Liqasında sifariş verib.

İdmanxeber.az-ın qurumun saytına istinadən  yaydığı xəbərə görə, italiyalı hücumçunun adı Bakı təmsilçisinin iştirak ərizəsində yer alıb. Beləliklə, baş məşqçi Roberto Bardin şans verəcəyi təqdirdə, o, Topaz Premyer Liqanın 16-cı turunda keçiriləəck “Keşlə” ilə matçda iştirak  edəcək.

“Neftçi” – “Keşlə” oyunu fevralın 10-u saat 14:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43