Dünya futbolu

“Neftçi”nin sabiq üzvü Yunanıstanda debüt etdi

“Neftçi”nin sabiq futbolçusu Mamadu Kane yeni klubu “Olimpiakos”da debüt edib.

İdmanxeber.az-ın məlumatına görə, qvineyalı yarımmüdafiəçi Yunanıstan kubokunda 1/4 final mərhələsinin cavab görüşü çərçivəsində “Panetolikos”la oyunda meydana çıxıb və 65-ci dəqiqədə əvəzlənib.

“Olimpiakos” əlavə vaxtda vurduğu iki qolla növbəti mərhələyə yüksəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43