Dünya futbolu

Ozobiç: “Azərbaycan millisində oynamaq təklifi alsam, mütləq qəbul edərəm”

“Qarabağ”ın futboloçusu Filip Ozobiç Xorvatiya mətbuatına müsahibə verib. Ozobiç “Qəbələ”sən “Qarabağ!a keçməsindən və gələcək karyerasından danışıb:

“Qarabağ” millinin onurğa sütunudur.  Əksər futbolçuların beynəlxalq oyun təcrübəsi var. Onların arasında Mahiri fərqləndirərdim. Gənc hücumçu böyük potensiala, sürətli və sol ayaqla oynamağa qadirdir. “Qarabağ” onun üçün özünü xaricdə göstərmək baxımından yaxşı tramplindir. Xorvatiya mütləq qrup birincisi kimi mərhələ adlayacaq”.

Ozobiç “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Azərbaycan millisindən gedişi ilə bağlı sualı cavablandırarkən bunun səbəbini bilmədiyini qeyd edib: “Nəyin baş verdiyini bilmirəm. Qurbanov “Qarabağ”da özünü yaxşı baş məşqçi kimi göstərdi. Öz komandasını sevən, topla oyunu və matça nəzarət etməyi sevən mütəxəssisdir”.

Üç ilə yaxındır ölkəmizdə çıxış edən 28 yaşlı futbolçu Azərbaycan millisində oynamaq perspektivindən də danışıb: “Vətəndaşlıq üçün şərtləri yerinə yetirsəm və millidə oynamağım üçün mənə zəng etsələr, mütləq təklifi qəbul edəcəyəm. “Qarabağ”la ötən yay 2+1 illik müqavilə bağlamışam. Orada işlərim qaydasındadır. Xorvatiyanın böyük klublarda yüksək səviyyəli futbolçuları olsa da, Azərbaycana qarşı oynamaq çətindir. Təəssüf ki, “Hayduk”da çıxış etdiyim vaxt zədələndim və nəyə qadir olduğumu göstərə bilmədim. Bilmək olmaz ki, bu, olmasaydı, karyeranda hansısa dönüş ola bilərdimi? Amma mən xoşbəxtəm, “Qarabağ” xoşuma gəlir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43