Dünya futbolu

Premyer Liqada derbi həyəcanı

Bu gün İngiltərə Premyer Liqasının XX turunun görüşləri keçiriləcək.

İdmanxeber.az-ın məlumatına görə, turun mərkəzi qarşılaşması “mançester Yunayted”lə “Mançester Siti” arasında keçiriləcək.  Matç Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.

Hazırda turnir cədvəlində “Mançester Siti” 39 xalla 2-ci, “Mançester Yunayted” 35 xalla 4-cüdür. Siyahıya 44 xalla “Arsenal” başçılıq edir.

14 yanvar

16:30. “Mançester Yunayted” – “Mançester Siti”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43