Kateqoriyasız

Qəbələdə “sülh”, “Sumqayıt” “Zirə”yə məğlub oldu

Misli Premyer Liqasında XI turun oyunları keçirilir.

İdmanxeber.az xəbər verir ki, bu gün daha 2 qarşılaşma baş tutacaq.

Günün ilk matçı Qəbələdə oynanılıb. Görüş 1:1 hesabı ilə sona çatıb.

Digər oyun Sumqayıtda baş tutub. Mövsümdə qələbəsi olmayan yerli komanda bu görüşdə də məğlub olub. “Zirə” ev sahibi komandanı 2:0 hesabı ilə məğlub edib.

Azərbaycan Premyer Liqası
XI tur

22 oktyabr (şənbə)

16:00. “Qəbələ” – “Kəpəz” 1:1

Qol: İsnik Alimi, 20 (1:0), Fərid Nəbiyev, 61 (1:1)
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Kamran Bayramov, Əli Əliyev
Hakim-inspektor: İmanxan Sultani
Qəbələ şəhər stadionu

18:30. “Sumqayıt” – “Zirə” 0:2
Hakimlər: Fərid Hacıyev, Eyyub İbrahimov, Cəmil Quliyev, Namiq Bəkirov
Hakim-inspektor: Orxan Məmmədov
“Kapital Bank Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43