Dünya futbolu

“Qalatasaray”dan göndərilən futbolçu: “Tipimlə məzələndilər”

Yay transfer pəncərəsində “Qalatasaray”a keçən və transfer müddətinin bitməsinə az qalmış “Əskişəhərspor”a transfer olunan Erman Kılıç Fatih Terim haqda maraqlı açıqlama verib.

Təcrübəli futblçu, Fatih Terimin sıradan bir insan olduğunu dilə gətirib:

“Məşqlərin heç birindən qalmadım. Təlim-məşq toplantısında hər şeyimi ortaya qoydum. “Qalatasaray” azarkeşləri ilə görüşməyi gözləyərkən Çempionlar Liqası siyahısına salınmadığımı öyrənəndə şoka düşdüm. 250 min avro pul qazandırıb gedirəm. Fatih Terim mənim üçün artıq sıradan bir insandı. Tipimlə məzələndilər. “Əskişəhərspor”la razılaşdım. Çox xoşbəxtəm, dört gözlə “Qalatasaray” matçını gözləyirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43