Ölkə futbolu

“Qarabağ” azarkeşlər üçün avtobus ayıracaq

Bu gün “Qarabağ” Avropa Liqasının qrup mərhələsində “Dalğa Arena”da Çexiyanın “Slovan” klubunu qəbul edəcək. 

İdmanxeber.com-un məlumatına görə, klub yolun uzaqlığını nəzərə alaraq, azarkeşlərin bu matçda rahat gediş-gəlişini təmin etmək üçün xüsusi avtobuslar ayıracaq. 

Avtobuslar saat 17:00-dan etibarən Koroğlu metrostansiyasından stadiona yola düşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43