İdman

“Qarabağ” azarkeşləri üçün gecənin xəbəri: Salonikiyə böyük ümidlərlə… (ÖZƏL)

Avropa Liqasının qrup mərhələsinin 4-cü turu  çərçivəsində “Qarabağ” Yunanıstanda PAOK-un qonağı olacaq.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, noyabrın 3-də Salonikidə vacib oyuna çıxacaq “köhlən atlar”ın heyətində hər hansı bir zədəli futbolçu yoxdu. Düzdü, kapitanın və Miçelin səfərdə oynayıb-oynamayacağısualaltında idi. Lakin bu suala da cavab tapılıb. Böyük ehtimalla Miçel Madeyra və Rəşad Sadıqovun belə bu mühim görüşdə meydana çıxacağı bildirilir.

Bu məqam Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovu sevindirir. “Qarabağ” Yunanıstan səfərinə yüksək motivasiya ilə yollanır.

Qurbanov PAOK-la səfər matçında aşağıdakı heyətə güvənəcəyi gözlənilir:

Qapıçı: İbrahim Şehiç

Müdafiəçilər: Ansi Aqolli, Bədavi Hüseynov, Rəşad Sadıqov, Maksim Medvedev

Yarımmüdafiəçilər: Dani Kintana, Riçard Almeyda, Rahid Əmirquliyev, Qara Qarayev

Hücumçular: Muarem Muarem, Reynaldo

Qeyd edək ki, komandamız 4 xalla qrupda PAOK-la 2-3-cü yerləri bölüşür.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43