Kateqoriyasız

“Qarabağ” qrupun favortilərindən biridir”

“Ukrayna klubu ilə oyuna çox yaxşı başladıq. Amma sonra matça nəzarəti əldən buraxdıq. Daha yaxşı oyun qururduq və cərimə meydançasına qədər gəlirdik. Futbolçularımın əzmkarlığı məni sevindirdi. Onlar sona qədər qələbə üçün döyüşdülər. Biz nikbin qalmaq istəyirik. Heç nədən ümidimizi üzmürük. Çünki oyundan-oyuna artıracağıq”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Fransanın “Sent Etyen” klubunun baş məşqçisi Kristof Qaltye deyib.

Çalışdırıcı Milanda qeydə alınan nəticəyə belə reaksiya verib:

“Düzü, “Qarabağ”dan “İnter”lə oyunda daha yaxşı nəticə gözləyirdim. Düşünürdüm ki, Azərbaycan klubu qələbə qazana bilər. Ən azından heç-heçəyə ümid edirdim. Çünki “Qarabağ” Milan klubundan xal alsaydı, o zaman bizim işimiz daha asan olardı və şansımız daha çox olardı. Amma yenə fikrimdə qalıram ki, “Qarabağ” qrupun favortilərindən biridir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43