Kateqoriyasız

“Qarabağ” “Sürix” oyunu öncəsi azarkeşlərə müraciət etdi

“Qarabağ” klubu “Sürix” oyunu öncəsi azarkeşləri təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb. İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi sosial şəbəkə hesabından tərəfdarlarına çağırış edib:
Oyuna gələcək azarkeşlərin nəzərinə!
Əziz azarkeşlər, “Qarabağ” – “Sürix” oyununa göstərdiyiniz böyük marağa görə sizə sonsuz təşəkkür edirik.
Oyuna gələrkən təhlükəsizlik tədbirlərinə əməl etməyiniz xahiş olunur. Nəzərə alın ki, içəri keçdikdən sonra arenanı tərk edən azarkeşlər matç bitənə qədər yenidən stadion ərazisinə qayıda bilməyəcəklər.
Bundan başqa, biletinizdə göstərilən sektor, sıra və yerlərdə əyləşməyiniz rica olunur.
Hər birinizə bu qaydalara riayət edəcəyiniz üçün indidən minnətdarıq!
Gəlin, ötən oyundakı rekordumuzu yeniləyək!

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43