Ölkə futbolu

“Qarabağ”da növbəti itki

“Qarabağ”ın daha bir futbolçusu zədələnib.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubunun müdafiəçisi Bəhlul Mustafazadə “Sumqayıt”la hazırda davam edən oyunda zədələnərək əvəzlənib. Ayağında ağrılar hiss edən futbolçu görüşü sona kimi davam etdirə bilməyib. Onu 71-ci dəqiqədə Qara Qarayev əvəzləyib.

Qeyd edək ki, Bəhlul yay transfer pəncərəsində “Qarabağ”a qoşulmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43