Avropa Liqasının IV turunun J qrupunda Yunanıstan PAOK-u və "Qarabağ" arasında keçiriləcək oyunun təyinatları açıqlanıb.
İdmanxeber.com xəbər verir ki, Salonikidə baş tutacaq görüş Şotlandiyadan olan hakimlər briqadasına həvalə edilib. Matçın baş hakimi Con Biton olacaq.
Qarşılaşma noyabrın 3-də yerli vaxtla saat 22:05-də (Bakı vaxtı ilə 4 noyabr saat 00:05) başlayacaq.