Dünyadan

“Qarabağ”ın sabiq futbolçusu Almaniya klubunda

“Qarabağ”ı tərk edən İnnosent Emeqara özünə yeni klub tapıb. 25 yaşlı forvard “Hamburq”un məşqlərində iştirak edir. Hazırda BƏƏ-də olan Almaniya təmsilçisi isveçləri futbolçuyla müqavilə imzalamaq niyyətindədir.

Nigeriya əsilli Emeqara mövsümün ilk hissəsini “Qarabağ”da keçirib. Bundan başqa, o, A seriyasında, Liqa-1-də və İsveçrə çempionatının yüksək divizionunda da oynayıb. Milli komandada isə 9 görüşdə meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43