Kateqoriyasız

“Qarabağ”la oyunda məqsədimiz qol buraxmamaqdır” “Yanq Boyz”un baş məşqçisi

İsveçrənin “Yanq Boyz” klubunun müvəqqəti baş məşqçisi Harald Jamperle Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək ilk oyunla bağlı fikirlərini bölüşüb.

İdmanxeber.com-un məlumatına görə, çalışdırıcı bugünkü oyunla bağlı bunları deyib:

“Qarabağ” kimi biz də qrup mərhələsində oynamaq istəyirik. Rəqib müxtəlif ölkələrin güclü futbolçularından təşkil olunmuş və az qol buraxan komandadır. Bizim də əsas məqsədimiz ilk oyunda qol buraxmamaqdır. Ancaq cütün taleyi bir oyunda həll olunmur. Ona görə də hər iki görüşdə yaxşı oyun sərgiləməklə istəyimizə nail olmağa çalışacağıq”.

Qeyd edək ki, bu axşam keçiriləcək “Yanq Boyz” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43