Kateqoriyasız

“Qəbələ” və “Qarabağ”ın pley-off oyunları canlı yayımda

Bu gün “Qəbələ” və “Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində ilk görüşlərinə çıxacaqlar.

İdmanxeber.com-un məlumatına görə, “Qəbələ” Yunanıstanın “Panatinaikos”, “Qarabağ” isə İsveçrənin “Yanq Boyz” klubu ilə qarşılaşacaqlar.

Hər iki komandamızın oyunu ölkəmizdə canlı yayımlanacaq. “İdman Azərbaycan” kanalı sözügedən oyunları cnalı yayımlayacaq.

Avropa Liqası, pley-off

21:00 ”Qəbələ” – “Panatinaikos” – İdman Azərbaycan

23:00 “Yanq Boyz” – “Qarabağ” – İdman Azərbaycan


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43