Ölkə futbolu

“Qəbələ”də itki

Bu gün Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində “Qəbələ” “İnter”i qəbul edir.

İdmanxeber.com-un məlumatına görə, hal-hazırda davamedən matçda  “Qəbələ” klubu ciddi itki ilə üzləşib. Matçın 52-ci dəqiqəsində “qırmızı-qaralar”ın futbolçusu Ürfan Abbasov zədələnib. Oyunu davam etdirə bilməyən futbolçu Məhəmməd Mirzəbəyovla əvəzlənib.

Qeyd edək ki, hazırda davam edən matçda  “Qəbələ”nin 3:1 hesablı üstünlüyü davam edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43