Dünya futbolu

“Qəbələ”nin sabiq baş məşqçisi La Liqa klubunda

“Qəbələ”nin sabiq baş məşqçisi Toni Adamsın yeni iş yeri müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, La Liqa klubu “Qranada”nın idman direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, T. Adams bundan əvvəl Çinin “Çuntsin Danqday Lifan” klubunun idman direktoru olub.

Xatırladaq ki, Toni Adams “Qəbələ”də baş məşqçi ilə yanaşı, klub prezidentinin müşaviri və futbol direktoru vəzifələrində də işləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43