Milli komanda

Qətər – Azərbaycan görüşünün vaxtı və stadionu açıqlandı

Qətər və Azərbaycan milli komandaları arasında martın 9-da keçiriləcək yoldaşlıq oyununun başlama saatı və keçiriləcəyi məkan məlum olub.

İdmanxeber.com-un məlumatına görə, matç Doha şəhərindəki Şeyx Cassim ibn Hamad adına stadionda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 20:00 start götürəcək.

Qeyd edək ki, Şeyx Cassim ibn Hamad adına stadion 15 min azarkeş tutumuna malikdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43