Ölkə futbolu

Qurban Qurbanov: “Qalib gəlsəydik daha yaxşı olardı”

Topaz Premyer Liqasının III dövrəsinə start verilib.

İdmanxeber.az-ın məlumatına görə, turun mərkəzi qarşılaşmasında “Qarabağ” “Neftçi”ni qəbul edib. Oyunun ardından ev sahibi komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib. O, əvvəlcə görüş barəsində fikirlərini bildirib:

“Marqlı oyun oldu. Əsl derbi idi. Hiss olunurdu ki, hər iki komanda qalib gəlmək istəyir. Hər iki komandanın oyununu gözəl edən azarkşelər idi. Futbolçularıma təşəkkür edirəm. Layiqli mübarizə apardılar”.

-Komandanın hazır olmadığı hiss olunur. Komanda nə dərəcə hazırdıdı çempionata ?

-Çatışmamazılqılar var. Ancaq pis oyun göstərmədik. Təıxminən 3-4 oyun sonra daha yaxşı olacayıq.

-Fasilədən öncəki “Neftçi”ylə, indiki “Neftçi” arasında hansı fərqlər  ?

-Bu barədə danışmaq tez olar. İlk dövrədəki qalib ruhlu komanda hiss olunurdu. Əvvəlki oyunlar da bizim üçün asan olmamışdı.

-Həmkarınız bu nəticədən razı qaldığını bildirdi. Bəs siz, nətəicəddən razısınız ?

-Normaldı. Qalib gəlsəyidk daha yaxşı olardı. Buna baxmayaraq qarşıdakı oyunlara hazırlaşmılyıq. Hər halda rəqib fərqi qoruyub saxlaya bildi. Mən də nəticdən razı razı qaldım


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43