“Qalib gəlmək istəyirdik. Əfsuslar olsun ki, bunu bacarmadıq. Bir xal qazandıq. Daha doğrusu, 2 xal itirdik. Bir çox futbolçunun durumundan narahat idim. Gözlədiyim kimi performanslarından aşağı çıxış etdilər. İşlərimiz çoxdur. Hansısa çatışmazlıqları aradan qaldırmağı öz üzərimə götürərəm. İradlarınızı mənə bildirə bilərsiniz”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının II turunda Malta ilə səfər oyunundan sonra təşkil edilən mətbuat konfransında deyib.
– Ardıcıl 2 heç-heçədən sonra qrupdan çıxa bilməməklə bağlı narahatlığınız var?
– Burada nəticə verməyə çalışırıq. İnamımızı itirməməliyik. Çatışmazlıqları mən bilirəm. Digər komandaların da xal itkiləri olacaq. Şansımız yoxdur deyib, sakit durmamalıyıq. Çatışmayan cəhətlərimizi aradan qaldırmalıyıq. Qalan 4 oyunda qalib gəlsək, qrupdan çıxa bilərik. Futbolçulara güvənib, bir olmalıyıq.
– Rəqib futbolçuların oyunun vaxtını uzatması barədə nə deyə bilərsiniz?
– Bunu səbəb kimi göstərməli deyilik. Həm burda, həm Bakıda bu cür halları gördük. Bu gün rəqib bir xal götürmək üçün hər şeyə əl atırdı. Bu cür pauzalar tempi salırdı.