Kateqoriyasız

“Qurban Qurbanova hörmət etmək lazımdır” – rusiyalı jurnalist

Rusiyanın nüfuzlu “Sport-ekspress” qəzetində “Qarabağ” barədə yazı dərc olunub.

İdmanxeber.az xəbər verir ki, sərhçi İqor Rabiner Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Ferentvaroş”un “Qarabağ”a uduzaraq (1:3, 1:1) mübarizəni dayandırması barədə yazarkən Ağdam klubu barədə müsbət fikirlər yazıb:

“Qarabağ” Polşa çempionu “Lexi” daha sonra İsveçrə çempionu “Sürix”i məğlub edib. Üstəlik, İsveçrə klubu davamlı olaraq avrokubokların qrupunda oynayır. Ötən mövsüm isə onlar ikinci yeri tutan “Bazel”i 14 xal qabaqlayaraq çempion olublar.

Belə baxanda ortaya sual çıxır: Avropanın TOP futbol ölkəsi olmayan “Ferentsvaroş” “Qarabağ”a keçməli idi? Ona görə ki, Macarıstan Azərbaycandan daha avropalı səslənir? Bu səbəb ola bilməz.

Ola bilər ki, “Transfermarkt”da komandaların büdcəsi arasında uçurum fərqi var.  “Qarabağ”ın 14, “Ferentsvaroş”un 36 milyon avro büdcəsi var.  “Sürix”də isə bu göstərici 43 milyon, “Lex”də 32 milyondur. Yəni bu klubların da büdcəsi “Qarabağ”dan çoxdur. Amma  Qurban Qurbanovun komandası onları da keçib.

Ona görə də ilk növbədə onu tərifləmək, hörmət etmək lazımdır.  UEFA-nın əmsallar cədvəlində isə Azərbaycan və Macarıstan yanaşıdır: 26 və 27-ci yerləri tuturlar. İsveçrə isə 14-cü yerdə qərarlaşıb. Deməli, “Sürix”in məğlubiyyətini böyük uğursuzluq kimi qiymətləndirmk daha yerinə düşər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43