Kateqoriyasız

Qurban Qurbanovdan sözün düzü

“Belə çətin görüşdə sona qədər mübarizə apardıqları üçün futbolçularıma təşəkkür edirəm. Çox çətin oyun oldu. Çətin rəqibə qarşı oynayırdıq. Azarkeşlərdə də təşəkkürümü bildirirəm”.

İdmanxeber.com-un məlumatına görə, sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Təcrübəli mütəxəssis Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində “Tottenhem”ə 0:1 hesablı məğlubiyyəti şərh edib:

– Ötən mövsümdə də şans son tura qalmışdı…

– Qrupumuz çətin qrup idi. Adlı-sanlı və tarixi komandalardı. Bəzən istədiyimiz oyunu göstərə bilmirik. İldən-ilə təcrübəmiz artır. Hər il güclü komandalarla eyni qrupa düşmək bizim üçün əlavə təcrübədir. Təcrübə qazanmaq üçün belə komandalara qarşı çox oynamalıyıq. Sözün düzü şansımız çox çətindi.

– Premyer Liqanın adlı-sanlı komandasına məğlub olduq. “Qarabağ”dan çox uğur gözləyirik…

– İstək və mübarizliklə güclü komandalara məğlub etməyə çalışırıq. Məncə, qələbə gözləməlisiniz. Şəxsən mən çox sevinirəm. İllər keçdikcə futbolçuların iştahı da artır.

– Oyun hesaba görə oldu?

– Qol epizodlarını düşünsək, şanszızlıq oldu, 3-4 qol real qol epizodlarımız oldu. Nəticə hesaba görə oldu, rəqibi nəzərə almaq lazımdır çox güclü idi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43