Dünyadan

“Real” azarkeşləri üçün sevindirici xəbər

Bir müddətdir ki, zədə səbəbindən “Real”a kömək edə bilməyən Pepe artıq sağalıb.

İdmanxeber.com-un məlumatına görə, Madrid klubunun portuqaliyalı müdafiəçisi komandayla ümumi məşqlərə başlayıb. Onun “Levante” ilə 27-ci tur matçında meydana çıxacağı gözlənilir.

Qeyd edək ki, “Levante” – “Real” görüşü martın 3-ü keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43