Kateqoriyasız

Daha iki futbolçumuz legioner həyatı yaşayacaq (RƏSMİ)

“Neftçi”nin 2 futbolçusu – Mirabdulla Abbasov və Orxan Qurbanlı Latviyanın “Dauqava” klubuna icarəyə veriliblər.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, müqaviləyə əsasən, hər iki oyunçu 2016-cı il iyun ayının 15-dək Dauqavpils şəhəri təmsilçisində çıxış edəcəklər.

Qeyd edək ki, Latviya çempionatının (2012) və kubokunun (2008) olmuş “Dauqava” 2 dəfə (2011-ci və 2013-cü illərdə) bürünc medala sahib çıxıb. Heyətində 4 ukraynalı futbolçu olan “Dauqava” klubunun əsası yerli oyunçulardan qurulub. Onlardan biri – Daniles Yakovlevs qış transfer dövründə İtaliyanın “Peruca” klubu tərəfindən transfer edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43