Dünya futbolu

“Real”ın futbolçusu “Lion”da

Fransanın “Lion” klubu “Real”ın hücumçusu Mariano Diası transfer edib.

İdmanxeber.com-un məlumatına görə, bu barədə klubun rəsmi saytı yayıb. Fransa Liqa 1 təmsilçisi 23 yaşlı forvard üçün “kral klubu”na 8 milyon avro ödəyəcək. Mariano ilə 5 illik müqavilə bağlanıb.

Müqavilədə yer alan bəndə görə, Madrid təmsilçisi futbolçunu istənilən zaman geri qaytara bilər.

Qeyd edək ki, “Real”ın öz yetirməsi olan dominikanlı hücumçu Madrid klubunun heyətində şans qazandığı 14 oyunda 5 qola imza atıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43