İdman

Roman Qriqorçuk: “Qarabağ” çox güclü komandadı”

“Heç-heçədən razı qaldım. Çox yaxşı komandaya qarşı mübarizə apardıq. “Qarabağ”ın ustalıq səviyyəsi yüksək olan futbolçuları var”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində keçirilən “Qarabağ” – “Qəbələ” matçı sonrası qonaqların baş məşqçisi Roman Qriqorçuk deyib. 

– Çempionluğa gedən yolda xal fərqinin azaldılması üçün ən vacib oyunlardan biri idi. “Qarabağ”la oyuna heç-heçə üçün gəlmişdiniz?

– Əlbəttə, biz də istəyərdik ki, oyunboyu meydanın “Qarabağ”a aid hissəsində. Yer alaq ancaq “Qarabağ” çox güclü komandadı. Hətta mən deyərdim, ötən ilkinə nisbətən daha güclü oyun sərgilədilər.

– Dabonun zədəsi nə yerdədi?

– Dəqiq bilinmir. Adətən bu cür oyunlardan sonra 1 günlük fasilə olur. Daha sonra aydınlaşır.

– Bu matçda hücumçu baxımdan əziyyət çəkdiyiniz aşkar görünürdü…

– Əlbəttə ki, bizə hücumameyilli futbolçu lazımdı. Topa nəzarət etsin, oyunun yükünü öz üzərinə götürmək qabiliyyəti olsun. Ancaq belə futbolçu tapmaq çətindi. Təəssüf ki, biz də tapa bilməmişik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43