İdman

Ronaldo qızıl topunu neçəyə satıb və nə səbəbə?

“Real”ın ulduz futbolçusu Kriştiano Ronaldo qazandığı “qızıl top” mükafatlarından birini satıb.

İdmanxeber.com-un məlumatına görə, satışdan qazandığı pulu xəstə uşaqlara yardım edən Mek-A-Viş adlı xeyiriyyə qurumuna bağışlayan ulduz oyunçu “qızıl topu”u 600 000 avroya satıb. Trofeyi israilin ən varlı insanlarından olan İdan Ofer adlı şəxsin aldığı qeyd olunub.

Qeyd edək ki, Ronaldo “qızıl top” mükafatına 2008, 2013, 2014 və 2016-cı illərdə sahib çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43