Kateqoriyasız

Rusiya – Azərbaycan: hakimlər müəyyənləşdi

“Avro-2017″nin seçmə mərhələsində Rusiyanın və Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmaları arasında keçiriləcək oyunun hakimləri müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, qarşılaşmanı polşalı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Tomaş Musial olacaq. Ona həmyerliləri Radoslav Siejka və Yakub Slusarski köməklik edəcək. Tomaş Kviatkovski isə dördüncü referi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, bu gün “Olimp-2” stadionunda keçiriləcək Rusiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43