Kateqoriyasız

“Sabah” Coy-Lens Mikelsi itirdi

Pemyer Liqanən 25-ci turu çərçivəsində “Sabah” səfərdə “Qarabağ”la qarşılaacaq.

İdmanxeber.az-ın məlumatına görə, “Sabah” liderlə matça ciddi itki ilə çıxacaq. Belə ki, komandanın və Premyer Liqanın bombardiri Coy-Lens Mikels bu görüşdə iştirak edə bilməyəcək. “Şamaxı” ilə oyunda sarı kart alaraq limiti dolduran futbolçu cəzalı duruma düşüb və mayın 3-də keçiriləcək oyunda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Coy-Lens Mikels 11 qolla bombardirlər sırasında Davit Volkovla 1-2-ci yerləri bölüşür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43