Ölkə futbolu

“Sabah”da biri müəyyən, digəri qeyri-müəyyən

Premyer Liqanın 23-cü turu çərçivəsində “Sabah” səfərdə “Neftçi”nin qonağı olacaq.

Klubun mətbuat xidmətindən İdmanxeber.az-a verilən məlumata görə, komanda “Neftçi” ilə matça ciddi itki ilə çıxacaq. Belə ki, kapitan Elvin Camalov cəzalı durumda olduğu üçün “ağ-qaralar”la oyunu buraxmaq məcburiyyətində qalacaq. Bundan başqa, Kristia Sebalyos zədəlidi. İspaniyalı hücumçunun “Neftçi” ilə oyunda meydana çıxıb-çıxmayacağı oyun günü bəlli olacaq.

Qeyd edək ki, aprelin 16-da keçiriləcək matç saat 20:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43