Kateqoriyasız

Sadıq Sadıqov yeni baş məşqçini “Neftçi” futbolçularına təqdim etdi – FOTOLAR

“Neftçi” PFK-nın baş məşqçisi vəzifəsinə Arif Əsədov təyin olunub və onunla 2 illik müqavilə imzalanıb. Elmir Xankişiyev isə köməkçi məşqçi vəzifəsinə təyin edilib.

İdmanxeber.com-un məlumatına görə, “Neftçi” PFK-nın prezidenti Sadıq Sadıqov Arif Əsədovu bu gün məşqçi və futbolçu heyətinə təqdim edib. Klub prezidenti ona yeni işində uğurlar arzulayıb.

Arif Əsədov ona göstərilən etimada görə klub prezidentinə təşəkkürünü bildirib. Mütəxəssis təyinatı ilə bağlı klubun rəsmi saytına danışıb: “İlk növbədə klub prezidenti Sadıq Sadıqova təşəkkür edirəm ki, məni yenidən “Neftçi”yə dəvət etdi. Bu komanda həmişə mənim üçün doğma olub. Həm futbolçu, həm də məşqçi kimi “Neftçi”də püxtələşmişəm. Bu komandanın hər zaman yüksək yerlər uğrunda mübarizə apardığını bilirəm. Bu komandada çempionluq sevinci yaşamışam. Çalışacağıq ki, “Neftçi”nin ötən mövsüm çempionatdakı uğursuzluğunu unutduraq”.




İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43