l Divizion

“Şahdağ” sonuncu yoxlama oyununda qalib gəldi

"Şahdağ" təlim-məşq toplanışını başa vurub.

İdmanxeber.com-un məlumatına görə, komanda hazırlıq prosesi çərçivəsində bu gün sonuncu yoxlama oyununu keçirib. “Qaradağ Olimpiya İdman Kompleksi"ndə baş tutmuş görüşdə "Şahdağ" "Qaradağ Lökbatan" klubuna 1:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, sözügedən oyunu izləyənlər arasında "Şəmkir" klubunun rəsmiləri də olub.

Xatırladaq ki, “Şahdağ” bundan əvvəlki yoxlama oyunlarında AZAL-ın  (0-6),  "Sumqayıt"ın (2-2),"Neftçi"nin əvəzedici heyəti (1-2) və "Qaradağ Lökbatan" (1-2) ilə üz-üzə gəlib.
 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43